Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətən
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz,
Üç rəngli bayrağinla məsud yaşa!
Üç rəngli bayrağinla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu.
Sən olasan gülüstan, sənə hər can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan.
Namusunu hifz etməyə.
Bayrağını yüksəltməyə.
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır.
Şanlı Vətən
Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!