Ey hurivəş ki, əksi-rüxün sağərimdədir
,
Kövsər zülalı, badeyi-canpərvərimdədir.
İsgəndərəmmi zülmətə, ey Xızr, olam rəvan
,
Abi-həyat ləli-ləbi-dilbərimdədir.
Sirri-dəhanı məndən eşit kim, bu nöqtənin
Təlif olan kitabələri əzbərimdədir.
Ol şəmi-hüsnə yandığım axşamdan bəri
Pərvanələr gözü hamı xakistərimdədir.
Qorxutma, zahida, məni nari-cəhimdən
,
Dəryayi-rəhmətin başı əşki-tərimdədir.
Ol qaşı Zülfüqar vuran zəxmi-möhlikin
Cibril tək hənuz əsəri şəhpərimdədir.
Dildən məhaldır ki, edə intiqal eşq
,
Seyyid, bu bir ərəzdi ki, öz cövhərimdədir.
Seyyid Əzim Şirvani