Əllərin göyərir
Açdığım hər kitabın arasından
Gözlərin baxır !
Mümkündürsə vucud
Mümkündürsə ədəm!
Nəysə “SƏNizm”ə
Düçar edir
Bu fəlsəfələr məni !
Yoxsa
Kitabları atıb
Mədrəsədən qaçacağdım
Heçdən boşalıb
Heçə dolacağdım
Şuhuduma keçməsəydin
Qarşımda durub mənə baxmasaydın
Yaxmasaydın ürəyimi
Əllərimlə yaxacağdım düşüncələrimi
İndi varlığıma görə
,Vacibdirsə vucud
Sən axı
Ədəmdən doğursan məni
Nehilizm"ə qarşı"
Sevirəm səni
!

اوغوز خان
یکشنبه 7 اردیبهشت 1393 ساعت 04:02 ب.ظ