SƏNİN XƏYALIN
Darıxır çiçəklər, güllər sənsiz
Şirin nağıl olub, illər sənsiz
Onsuz də qəlbimdə qalmısan mənim
Günəşsən eşqinlə aya dönmüşəm
Dənizsən mən coşqun çaya dönmüşəm.
Gəl səni gözləyir sevən ürək
Qəlbindən əsməsin soyuq külək
Onsuz da qəlbimdə qalmısan mənim
Yuxumu gözümdən almısan mənim
Eşqini oxuyum gözdən gözəl
Ayrılıq ayırsın bizdən gözəl
Onsuz da qalbimdə qalmısan mənim
Yuxumu gözümdən almısan mənim