Türkün dili



1398867739852744_large.gif

Türkün dili


Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilä qatsan, bu əsil dil, əsil olmaz.

Öz şerini farsa ərəbə qatmasa şair,
Şeri oxuyanlar, eşidənlär käsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad duzu olsun,
Kənd ähli bilir ki, doşabsız xəşil olmaz.

Sözlər dä cəvahir kimi dir, əsli bədəldən,
Təşxis verən olsa bu qədər zir zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Mis’sən, abalam, hər sarı köynək qızıl olmaz.

Azad qoy oğul eşqi təbiət də bəyənsin,
Dağ daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Çox da ki Sarab'ın suyu, var yağ balı vardır,
Baş ərşə də çatdırsa, Sarab Ərdəbil olmaz.

Bir zərrə musavat ola, şair çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalim çıxar, oğlum, nə qisasçi,
Bir dəf’ə buni qan ki ipəkdən qəzil olmaz.

Düz vaxt da dolar taxta tabax ədviyə ilə,
Onda ki nənəm sancılanar zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair, pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada tək dir,
Xan yorqanı, Kən içrə məsəl dir, mitil olmaz.

Azər qoşunu, qeysəri Rumi äsir etmiş,
Kəsra sözüdür bir belə tarix nağıl olmaz.

Bu Şəhriyar’ın təb’i kimi çimməli çeşmə,
Kövsər ola bilsə demirəm, səlsəbil olmaz.

Ustad Şəhriyar

1373599124523173_large.jpg



نظرات 0 + ارسال نظر
امکان ثبت نظر جدید برای این مطلب وجود ندارد.