جانیم آزربایجان
جانیم آزربایجان

جانیم آزربایجان

Lalələr bitirən hər laləzarın



1398867739852744_large.gif

Lalələr bitirən hər laləzarın
Laləsi qanıdır bir şəhriyarın.
Torpaqdan göyərən incə bənövşə
Xalıdır bir gözəl dilbər nigarın.

Bu ot ki göyərib çay qırağından
Bitib bir dilbərin al dodağından.
Asta gəz, çəməndə hər qızıl lalə
Çıxıb gözəllərin boz torpağından.

Bilinməz nə vaxtdan hərlənir bu tas;
Nə zaman pozular bu gözəl əsas.
Belə nazik fikri dərindən duyub,
Ağıl ölçüsüylə dərk etmək olmaz.

Bizdən əvvəl varmış bu axşam – səhər,
Yəqin bir məqsədlə dönərmiş göylər.
Amandır, asta gəz, göz bəbəyidir
Nazənin gözəlin, bu gəzdiyin yer.

Səhərin mehindən açılıb güllər,
Gül – çiçək eşqilə ötür bülbüllər.
Zövq al bu bağçadan, çox belə güllər
Yaradıb, sovurub torpağa illər.

Dünən meyxanada mən bir qocadan
Soruşdum ki, gedib bu qədər insan,
Onlardan xəbər ver. Dedi: - Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman.
Çətin sövdalara düşmə heç zaman,
Doldur piyaləni, nuş et durmadan.
Üzümün qızıyla oturub keyf çək
Haram qız yaxşıdır, halal anadan.


0_b0dfb_bf1a6df5_L

نظرات 0 + ارسال نظر
امکان ثبت نظر جدید برای این مطلب وجود ندارد.