جانیم آزربایجان
جانیم آزربایجان

جانیم آزربایجان

BU DA BİR ÖMÜRDÜR


1398867739852744_large.gif

BU DA BİR ÖMÜRDÜR 

Bu yer gülşən olar, bircə gül əksən 
Yarpaqdan süzülən sarı küləksən 
Əlini mənə ver dünyama gəlsən 
Ömrün bahar olar yaşaya bilsən. 

Mən sənə baharın desəm az olar 
Səninlə könlümdə təzə yaz olar 
Bəxtimə günəşsən, ömrümə günsən 
Ömrüm bahar olar, yaşaya bilsən. 

Baxsa pəncərədən sarı yarpaqlar 
Gözündə qalarsa, meşələr, bağlar 
Yenə səninləyəm təkçə deyilsən 
Ömrün bahar olar, yaşaya bilsən. 



 

نظرات 0 + ارسال نظر
امکان ثبت نظر جدید برای این مطلب وجود ندارد.